“Hyatt Regence Baku” yanlış strategiyası

  15

“Hyatt Regence Baku” oteli paytaxtımızı mərkəzində yerləşir. Azərbaycanda ilk 5 ulduz oletlərdən biri olmaqla yanaşı həmdə qiymətlərinin bahalığı ilə seçilən otellərdən biridir. Lakin xidmət səviyyəsi ucqar bir rayonda olan otelin xidməti qədər deyil. Hər bir xidmətində pul güdən otel konfrans zalını icarə götürüb tədbir keçirən təşkillatlara interneti belə pulla satır. “İndiki dövürdə hər yerdə- çay evlərində, kafelərdə belə Wi-Fi zonanın pulsuz olduğu vaxtda 5 ulduzlu oteldə Wi-Fi-dan istifadə üçün əlavə pul ödəmək gülünc görsənir”. Oteldə adi təmizlik qaydalarına riayət olunmur . “Sözgedən otelin sanitar qovşaqlarında sudan istifadə etmək belə mumkun deyil.Eyni problemlərin paytaxtın başqa otellərində də olub olmamasını araşdırmaq məqsədi ilə bir neçə tanınmış otellə əlaqə saxladıq.

“ JW Marriott Absheron Baku”  otelindən bizə bildirdilər ki, otellərinin hər yerində  Wi-Fi zonası var və bu xidmət üçün əlavə pul almırlar. ibadət üçün iki məsçid mövcuddur. Hər iki məsçiddə dəstamaz almaq, ibadət etmək üçün şərait vardır. Tualetlərində su krantının olmasını soruşduqda isə, gülərək bunun hansısa otelində olmamasının sadəcə gülünc olduğunu bildirdi.

“Four seasons Baku”  otelindəndə Wi-Fi  zonanın pulsuz,  möminlər üçün ibadət  otağının olduğunu, sanitar qovşaqlarında su krantlarının olduğun bildirdilər.

“Ramada Baku”  otelində də Wi-Fi  zonanın pulsuz olduğunu, sanitar otaqlarında su krantının olduğu bildirildi. Yalnız məsçidin olmadığın, zəruriyyət olduqda əlavə yer ayırdıqlarını bildirdilər.

Sadalananların “Hyatt Regence Baku” otelində niyə olmadığını soruşduqda, oteldən bizə Wi-Fi  zonanın onlarda ayrıca xidmət olduğunu, bunun üçün istifadəçilərdən əlavə olaraq pul alındığını bildirdilər. Azərbaycanın İran kimi bir müsəlman dövləti olmadığını və buna görədə məsçidin zəruri olmadığı bildirdilər. Sanitar qovşağında su krantının olmamasını isə sadəcə cavablandırmaq istəmədiklərini bildirdilər…Görünür “Hyatt Regence Baku” oteli sadəcə susmaqla düzgün strategiyada olamdıqları ilə razılaşırlar

 

Qarşı tərəfindən mövqeylərini dərc etməyə hazırıq