İbrahim Tatlısəsə növbəti dəfə sui-qəsd cəhdi

58

 

Türkiyənin məşhur sənətçiləri İbrahim Tatlısəs və Petek Dinçözə sui-qəsd hazırlandığı barədə polis bölməsinə məlumat verilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən həftə İstanbul polis bölməsində həyəcan siqnalı çalınıb.

Polis əməkdaşları bu xəbəri alar-almaz hərəkətə keçiblər. Bildirilib ki, 26 yaşlı A.B hər iki sənətçini öldürmək üçün 150 min avro pul alıb.

Belə ki, araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb.

Qeyd edək ki, bundan öncə silahlı hücum nəticəsində başından güllə yarası alan sənətçi ölümdən dönmüşdü.