İcra başçısı 5 uşaq anasını təhqir edib

Agiztafa

“Mən sənə demişdim ki 5 uşaq doğ…”

XALQ.AZ-ın məlumatına görə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşların gözü qarşısında Köçəsgərli kənd sakini Qocayeva Məlahət Vaqif qızını təhqir edib. 5 uşaq anası olan və dözülməz şəraitdə yaşayan Məlahət xanım kömək məqsədilə icra başçısının qəbulunda olub. İcra başçısı isə elementar etikaya sığmayan “ niyə 5 uşaq doğmusan, mən sənə demişdim 5 uşaq doğ?” kimi ifadələrlərlə Məlahət xanımı təhqir edib.
Sonra bizimlə telefon əlaqəsi saxlayan Məlahət Qocayeva ağlaya-ağlaya bildirdi ki, bu ifadələr icra başçısının mənə dediyi “mədəni” sözlərdir. Onun mənə dediyi sözləri sizə telefonda deməyə abır-həya edirəm.
Görünür, cənab Prezident İlham Əliyevin bəzi məmurlara ünvanladığı “qudurmuş, harınlamış” ifadəsini yenidən səsləndirməsinə ciddi ehtiyac var.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qafqaznews.az