İcra başçısı bu məsələləri nəzarətə götürdü-Fotolar

İyunun 18-də Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti video-konfrans keçirib.

XALQ.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov onlayn video-konfrans zamanı qapalı və ictimai yerlərdə aparılan dezinfeksiya işləri, karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, əhali arasında təbliğat işləri apararaq qoruyucu vasitələrdən – maska və əlcəkdən istifadə olunmasına riayət edilməsinin vacibliyi vurğulanıb. 

Video-konfrans zamanı həmçinin kənd təsərrüfatı işlərinin gedişi diqqət mərkəzində saxlanılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Hacıqabul şəhər, Muğan, Navahı,  Pirsaat qəsəbə, Rəncbər, Navahı, İkinci Udullu, Atbulaq, Qızılburun, Birinci Udullu, Şorbaçı kənd inzibati ərazi dairələri üzrə nümayəndələrə qeyd edilmiş məsələlərin diqqətdə saxlanılmasını tövsiyə etdi. 

Bildirilib ki,  inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə keçirilən onlayn konfransın əsas məqsədi əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə nail olmaqdır.




XALQ.AZ