FHN akademiyasında “Bilik günü” qeyd edildi

 

37

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik Günü” münasibətilə mərasim keçirilib.

XALQ.AZ  xəbər verir ki, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantları və valideynlərinin iştirak etdiyi mərasimdə FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov məruzə edib. Natiq bildirib ki, açılışında Prezident İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlətimizin başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də zəngin bilik və bacarıqlara yiyələnəcəklər.

FHN Akademiyasına yüksək – 624 balla qəbul olunmuş kursant Ülvi Əliyevin atası Mübariz Əliyev çıxış edərək Prezident İlham Əliyevə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonra 2013-2014-cü tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirib və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.