Putinin sevgilisi istefa verdi

53

 

Alina Kabayeva deputat mandatından imtina edib.

XALQ.AZ  İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Dumasının komitə sədri Sergey Popov bildirib. O, qeyd edib ki, Alina Kabayeva bu gün ərizə yazıb. Sergey Popov ərizəyə müsbət cavab verildiyini bildirib.

Xatırladaq ki, Alina Kabayeva bədii gimnastikadan siyasətə qatılıb. Onun Rusiya prezidenti Vladimir Putinlə sevgi münasibətlərinin olması barədə söz-söhbət var. Bu söz-söhbətlər Vladimir Putin həyat yoldaşından ayrıldıqdan sonra daha da güclənib.