İcra başçısı məhkəməyə verildi

Avqustun 18-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Azsığorta” ASC-nin qaldırdığı iddiaya baxılıb. XALQ.AZ xəbər verir ki, sığorta şirkəti Sumqayıt şəhər İcra Hakimiyyətini, “Azərsu” ASC-ni və vətəndaş Əliyeva Nuridə Allahyarqızını məhkəməyə verib. İşin mahiyyəti “sair işlər” kimi qeyd olunub və detalları açıqlanmayıb.