Vəzifəli şəxslər ictimaiyyət qarşısında hesabat verəcək

“Konstitusiya” Araşdırmalar Fondu vəzifəli şəxslərin hesabatlılığını tənzimləyən qanunvericiliyə təkliflər paketi təqdim edəcək.
“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.
Bunu “Konstitusiya”  Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bilidrib.
Layihənin əsas məqsədi vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılıq mexanizminin yaradılmasına yardım göstərilməsidir . Layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılıq mexanizmi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin analizi aparılaraq vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq.
Dövlət qulluqçuları və vəzifəli şəxslərin gəlirlərinin açıqlanması korrupsiyanın səviyyəsinin azaldılmasında böyük təsirə malik olduğundan bu sahə təşkilatın prioritetlərindən biridir. Layihə fəaliyyətləri mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur.