İcra başçısı şəhid atalarını qəbul etmədi-Video

Şəhid ataları Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdan narazılıq ediblər.

XALQ.AZ “Unikal”a istinadən məlumat verir ki, X.Aslanovun qəbuluna gələn şəhid ataları icra başçısı tərəfindən qəbul edilməyib.

Qəbula düşmək istəyən bir neçə şəhid atası icra başçısının onlarla heç vaxt maraqlanmadığını bildiriblər.

Qeyd edə ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov qeyri rəsmi geyimdə vətəndaşları qəbul etməyi iradla qarşılanıb.