İcra başçısı və deputatlar şəhidləri yad etdilər

Bu gün Vətən müharibəsi şəhidlərimizin Anım Günündə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahverdiyev Ülvi Quliyev, Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə Fəxri Xiyabanda ziyarət ediblər.

XALQ.AZ xəbər verir ki, Şəhidlərimizin məzarına əklil qoyulub, ailələrinə və yaxınlarına başsağlığı verilib

Tədbir zamanı çıxı edənlər bildiriblər ki, vətənin qəhrəman övladlarını itirməyimiz hər birimizin qəlbində sağalmayacaq yaradır.

Təsəllini onda tapırıq ki, onların qanı yerdə qalmayıb, qisasları alınıb, torpaqlarımız işğaldan azad olunub.

Allah şəhidlərimizə rəhmət etsin! Məzarları nurla dolsun! Onların hesabına ölkəmiz bütövdür, sərhədlərimiz firavan. Şəhidlər ölməz, Vətən bölünməz!