İcra başçısına görə intihar?

45

Zərdabın icra başçısı Lütvəli Babayevə görə intihar edəcəyəm

Bu gün saat 11:00 radələrində Bakıda intihar məqsədilə Fəqan  Nəsirov “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. Hadisə şahidlərinin XALQ.AZ-ə verdikləri məlumata görə, kişi intihar etmək istədiyini bildirib.

Bakıda intihara cəhd edən Fəqan  Nəsirovun bu yola əl atmasının səbəbləri məlum olub. İlkin məlumata görə, özünü körpüdən atmaq istəyən təxmini 50 yaşlarında olan F.Nəsirov. O, körpünün üstündən yerə məktub atıb. Məktubda qeyd olunub ki, icra hakimiyyətilə problemi var. İcra hakimiyyəti tərəfindən onun 65 min manat pulu mənimsənilib. Bir çox quruma şikayət etsə də, onun sözünü dinləyən yoxdur.

 

 

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Risqli Xilasetmə Qüvvələrinin cəlb olunub. Xidmətdən verilən məlumata görə, hazırda kişinin körpüdən endirilməsi istiqamətində işlər aparılır.

Əlavə məlumat veriləcək

28 48