Masallıda bıçaqlanma hadisəsi

Bicaq-2

XALQ.AZ xəbər verir ki, avqustun 20-si axşam saatlarında Masallı rayonunun Musaküçə kəndində bıçaqlanma hadisəsi baş verib. Belə ki, iki qohum arasında yaranan mübahisə sonda bədbəxt hadisə ilə nəticələnib. Bıçaqlanan şəxs Məmmədov Mehman Məhərrəm oğlu yaxınları tərəfindən dərhal Masallı rayon xəsdəxanasına çatdırılıb həkimlərin dediyinə görə vəziyyəti orta ağırdır.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb.