İdmançımız dünya çempionu oldu

 

8

Serbiyanın ev sahibliyi etdiyi yunan-Roma güləşi üzrə veteran güləşçilərin dünya çempionatına yekun vurulub

XALQ.AZ RTV-yə istinadən bildirir ki, 64 ölkənin təmsil olunduğu yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Millimiz turnirə müxtəlif çəki dərəcələrində 12 güləşçi ilə qatılıb. 6 gün davam edən birinciliyi idmançılarımız 4 medalla başa vurublar. Bir qızıl, iki gümüş və bir bürünc medal əldə edən millimizin heyətində ən yüksək nəticəni Musa Mirzəyev göstərib. 130 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olan qubalı idmançı dünya çempionu titulunu qazanıb.

Dünya çempionu Musa Mirzəyev Serbiyada daha bir nominasiyada qiymətləndirilib. O, həm də turnirin ən texnikalı idmançısı adına layiq görülüb.

 

9