Şamaxıda tədbir keçirildi

İyul ayının 10-da Şamaxı Milli Olimpiya Kompleksində həmyerlimiz, hamımızın fəxri, güləş üzrə super kateqoriyalı hakim Asif  Şirəliyevin 32-ci Tokio Yay Olimpiya Oyunlarında hakim qismində iştirak etmək münasibətilə  yola salınma mərasimi keçirildi.  Tətbirdə Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, Şamaxı rayonu ictimaiyyətinin nümayəndələri, gənc və veteran idmançılar  iştirak etdilər. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, habelə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, idmana və olimpiya hərakatına göstərilən diqqət və qaygıdan bəhs etdilər. Qeyd olundu ki, ölkənin bütün regionlarında idmanın inkişafı üçün dövlət başçısının tapşırığı ilə görülən işlər, tikilən müasir idman kompleksləri bəhrəsini verməkdədir.  Azərbaycanın nümunəsi, qısa zaman kəsiyində dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsi 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan idmançıların və gəncliyin himayədarına çevrilmiş Prezident cənab İlham

Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin, qayğısının nəticəsidir. Əminliklə demək olar ki, ölkə rəhbərliyinin bundan sonrakı fəaliyyətində də sağlam gənclik və bədən tərbiyəsinin kütləviliyi, beynəlxalq idman yarışlarında qazanılan uğurlar prioritet istiqamət təşkil edəcək. Natiqlər Asif Şirəliyevin beynəlxalq dərəcəli hakim səviyyəsinə yüksəlməsini məhz Azərbaycanda idmana və olmpiya hərəkatına olan dövlət qayğısının nətiicəsi kimi qiymətləndirərək, ona 32-ci Tokio Yay Olimpiya Oyunlarında hakim kimi uğurlar arzuladılar. Tədbirdə həmçinin Şamaxı rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Azərbaycan Qarışıq Təkbətək Döyüş (AZMMA) Liqasının  prezidenti Kənan Məmmədov, veteran güləşçi Hacıbaba Şıxıyev çıxış etdilər, Asif Şirəliyevə uğurlar arzu etdilər və öz həmyerlilərilə fəxr etdiklərini bidirdilər.

Sonda kiçik idmançılar çıxış etdilər. Məlumat üçün bildiririk ki, Asif Şirəliyev hal hazırda Şamaxı Rayon İcra Başçısının Şamaxı şəhəri üzrə icra nümayəndəsidir. 8 iyul 2007-ci ildən Dünya Güləş Birliyi tərəfindən beynəlxalq

dərəcəli hakim statusuna layiq görülən Asif Şirəliyev Beynəlxalq turnirlər, dünya və avropa çempionatlarında, o cümlədən 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi oyunlarında, 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən 2-ci Avropa oyunlarında hakimlik edib. 2015, 2016, 2018, 2019-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən “İlin ən yaxşı hakimi” adına layiq görülüb. Dünya Güləş Birliyi tərəfindən Rusiyanın Krasnoyarsk şəhərində 02-04 noyabr 2018-ci il, Ulan-Ude şəhərində 13-15 mart 2020-ci il, Türkiyənin İstanbul şəhərində 30-31 may 2020-ci il, Krasnoyarsk şəhərində 20-23 oktyabr 2020-ci il, Moskva şəhərində 24-27 dekabr 2020-ci il, Türkiyənin Antalya şəhərində 30.04-02.05.2021-ci il tarixlərində keçirilmiş beynəlxalq turnirlərə rəhbər təyin edilib. Asif Şirəliyev bu il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya oyunlarında ədalət təmsilçisi hüququnu qazanıb. O, Yay Olimpiya Oyunlarında iştirak edəcək 50 hakimdən biri seçilmişdir. Həmyerlimizin bir ədalət təmsilçisi kimi ən mötəbər

idman həmrəyliyi olan Olimpiya Oyunlarına dəvət alması hər birimizi həm sevindirir, həm də qürurlandırır.

Həmyerlimizə 32-ci Yay Olimpiya Oyunlarında uğurlar arzulayırıq.

This image has an empty alt attribute; its file name is 8cfd2448-0991-4a63-9684-ca17159f5cec.jpg