II Elizabet İlham Əliyevi təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Xalq.az  xəbər verir ki, məktubun mətnində deyilir:

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.