İki neftçi faciəvi şəkildə VƏFAT ETDİ

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

Bu barədə “Azneft” məlumat yayıb.

Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

“Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb: “Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.