Yeni qatarların bəzi vaqonlarında kondisionerlər söndürülüb – Niyə?

Bakı metropoliteninin istismarında olan müasir qatarların bir çoxunda kondisionerlər işləmir.
Yeni qatarların bəzi vaqonlarında kondisionerlər söndürülüb.

Bütün dünyada anomal istilərin yaşandığı bir vaxtda Bakı metrosunda havalandırma sisteminin zəif, üstəlik, yeni vaqonlarda kondisionerlərin çalışmaması sərnişinlərin də haqlı narazılığına səbəb olub.

Bakı metropolitenindən saytımıza verilən açıqlamada faktın araşdırılacağı bildirilib.

 

axar.az