“İki ölkə arasındakı münasibətlər tarixi, mədəni köklərə bağlıdır” – Deputat

“Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra Azərbaycanla ikitərfəli münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub”. 

Bunu  deputat İltizam Yusifov deyib. Deputat bildirib ki, ölkələrimiz arasındakı mövcud münasibətləri strateji tərəfdaş ölkə kimi xarakterizə etmək olar:

“ İki ölkə arasındakı münasibətlər tarixi, mədəni köklərə bağlıdır. Tarixə kökə bağlılığın nəticəsidir ki, bu gün Azərbaycanla Özbəkistan arasında istər ikitərəfli, istərsə də çoxtərfli formatda çox sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr getdikcə daha da dərinləşərək yüksək səviyyəyə qalxmaqdadır. Əlaqələrin aratan dinamika ilə inkişafı hər iki ölkənin milli və dövlət maraqlarına xidmət edir”. 

Deputatın sözlərinə görə, Özbəkistan Azərbaycan üçün Mərkəzi Asiyada, Özbəkistan üçünsə Azərbaycan Cənubi Qafqazda çox mühüm əhəmiyyət kəsb edən ölkədir.

“Belə ki, Özbəkistan Azərbaycan üzərindən istifadə etməklə Cənubi, Mərkəzi Avropa, Yaxın Şərqə və Şimalı Afrika ölkələrinə rahat çıxış əldə edə bilər. Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya ölkələrinə, o cümlədən Çinə çıxışını təmin edə bilər. İki ölkə arasındakı əlaqələrin inkişafı təbii ki, regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Bu, istər Azərbaycan-Türkiyə-Özbəkistan üçlü formatında, istər Türk Dövlətləri Təşkilatı, istərsə də digər formatlarda əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərəcək.

Əlaqələrin inkişafı beynəlxalq müstəvidə və təşkilatlarda hər iki ölkənin maraqlarına uyğun şəkildə fəaliyyətin koordinasiyasına öz töhfəsini vermis olacaq. Münasibətlərin yeni mərhələyə qalxması iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsi ilə yanaşı, siyasi, iqtisadi-ticari, humanitar, turizm, logistika, enerji, hərbi bə hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə çıxmasına təkan verəcək”. 

Deputat onu da əlavə edib ki, bu əlaqələrin nəticəsi olaraq Özbəkistan Azərbaycanın ən çətin anlarında yanında olub və onun haqq işinə dəstək verib:

“44 günlük müharibədən sonra qardaş və dost Özbəkistan dövləti işğaldan azad olunmuş bölgələrimizin bərpasına yaxında iştirak edib. Bu məqsədlə Fizuli şəhərində müasir tipli məktəb binası tikib. Bunu ikitərəfli münasibətlərin bariz nümunəsi hesab etmək olar. Əminəm ki, bu ələqələr gələcəkdə strateji müttəfilqik səviyyəsinədək qalxacaq. Bu da Cənubi Qafqazla Mərkəzi Asiya ölkələri, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsində, inteqrasiyasında mühüm rol oynayacaq”.