“İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun…”

XALQ.AZ xəbər verir ki,  müğənni Samir Piriyev “ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasına qonaq olub.  Verilişdə Natavan Həbibinin “Sevgi bizi yola verdi” mahnısını ikinci edən Samir müzakirələrə səbəb olacaq açıqlama verib. 

O, Natavanın şou-biznesdə ikinci İlhamə Quliyeva olacağını bildirib: “Sən yamansan. Ümumiyyətlə Natavan idarəçidir. “Ay para” qrupunda çalışanda da belə idi. Aləmi bir-birinə vururdu. Ağbirçəklik edirdi, hamı onunla məsləhətləşirdi. Onu kənardan müşahidə edirəm. Rəhmətliyin məktəbini görüb, ikinci İlhamə Quliyevadır, gəlir, ehtiyatlı olun”.

Elgün