İlham Əliyev Faiq Həsənovu təltif etdi – Sərəncam

Faiq Həsənov “Şərəf” ordeni ilə təltif olunub.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.