İlham Əliyev mətbuatın böyük hamisidir – Hikmət Babaoğlu

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, söz və mətbuat azadlığının təminatçısıdır.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

 

Orxan