“Prezident yeni il qabağı hədiyyə təqdim etdi” – Səfər Mehdiyev

XALQ.AZ xəbər verir ki, bu gün “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və 500-ə yaxın sahibkar iştirak edib.

Çıxış edən DGK sədri Səfər Mehdiyev bildirib ki, ölkəmizdə aparılan islahatlar, cənub, qərb, şərq dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası kimi islahatlar ticarətin asanlaşdırılmasına xidmət edir:

“Cənab prezident sahibkarlara və dövlət məmurlarına yeni il qabağı yeni bir hədiyyə təqdim etdi. Bu “Yaşıl dəhliz” sistemi özünü idarəetməyə yol açır. Sahibkarlar idxal-ixrac əməliyyatlarını ofislərindən apara biləcəklər. Bu xidmət fevral ayının 1-dən tətbiq olunmağa başlayacaq. Siz artıq gömrük məmurunu görmədən öz əməliyyatlarınızı həyata keçirə biləcəksiniz .Bu da şəffaflığın təmin olunması, məmur- vətəndaş münasibətlərinin minumuma endirilməsidir. Bu, eyni zamanda zaman və vaxt məhdudiyyətini aradan qaldıracaq.

Logistik xidmətlərə çəkilən xərclər də sıfra endirəcək”.

 

Orxan