İlham Əliyev Rüstəm Usubovu təltif etdi – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verilməsi barədə sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamla Usubov Rüstəm Sabir oğluna və Əsgərov Namiq Əli oğluna “Əməkdar hüquqşünas” adı verilib.