“İlk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək” – Nazir

“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”.

Bu fikirləri 15 sentyabr – “Bilik Günü” münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.

“Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq”, – deyə nazir qeyd edib.