İllər keçdikcə Azərbaycan xalqının sevgisi və inamı daha da artır

18 il əvvəl Azərbaycan xalqı Şuşanın Fatehini, Qarabağın Xilaskarını seçmişdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Və illər keçdikcə Azərbaycan xalqının sevgisi və inamı daha da artmış, Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşmişdir. Bunu nəticəsi olaraq, Böyük Vətən muharibəsində xalq-iqtidar birliyinin möhtəşəm vəhdəti ilə zəfər çaldıq. Bütün dünya bu birliyə bir daha şahid oldu. Bundan sonra da qarşımızda məsuliyyətli illər bizi gözləyir. İnanıram ki, dövlətimizin və xalqımızın birliyi ilə biz bütün bunların öhdəsindən gələcəyik!

Uca Tanrı Azərbaycanı qorusun!

Tamam Cəfərova

Milli Məclisin deputatı