İmişli sakini yandı

Yandi-3

Azərbaycanda ev yanıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə İmişli rayonunda 9 km aralıda yerləşən Otuziki kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibi əl nahiyyəsindən yüngül yanıq xəsarəti ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Rayon mərkəzi xəstəxanasına aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.