Olimpiya çempionu həmcinsi ilə evləndi

Olimp

İsveçin məşhur qar xizəkcisi 33 yaşlı Anya Person dəbdə olan geyim butikinin sahibəsi 41 yaşlı Filipp Radinlə evlənib.

XALQ.AZ-ın məlumatına görə, bu haqda İsveç mediası xəbər verib.

Onların toyu avqustun 2-də Stokholmda keçirilib.

İdmançı gələcək xanımı ilə bir neçə il əvvəl “Sports Awards” mükafatlarının verilməsi üçün geyimi axtararkən “Umeo” butikində tanış olub.

Xatırladaq ki, Anya 2006-cı il olimpiya çempionu, yeddiqat dünya çempionu və dünya Kubokunun ikiqat sahibəsidir.

Dünya Kuboku mərhələlərində hesabında 42 qələbə olan Anya Person karyerasını 2012-ci ildə başa vurub.