İmperator sərvətindən danışdı

 

56

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə mediasında müğənni İbrahim Tatlısəsin müflis olması ilə bağlı xəbər yayılıb. 

 

XALQ.AZ  xəbər verir ki, müğənni yayılanların şayiə olduğunu iddia edib. O, bu barədə İnstaqram səhifəsində yazıb:

“Tatlısəs TV” açıldı, maddi sıxıntım yoxdur. Bunları hardan çıxarırsınız bilmirəm. Həkimdən heç bir xəbər gözləmirəm, əməliyyatlıq bir halım da yoxdur. Otellərimi satıram, bundan sizə nə? Gəlib qapınızı döyüb, pul istəyirəm? Məndə pul qurtarmaz, sadəcə, bir az azalar. Bu halımla belə xeyriyyə işləri görürəm, bunu bilirsiniz? Hardan biləcəksiniz ki, axı bunları heç yerdə danışmıram. Pulun və imanın kimdə olduğunu Allah bilir. Bunlar xəbər deyil, başqa şeylər yazın. İstəyirsiniz sizə məlumat verim: Seyrantəpədə beşulduzlu otel tikdirirəm, yeni təyyarə sifariş vermişəm. Qismət olsa gələcək”.

Qeyd edək ki, İbrahim Tatlısəsin müflis olması ilə bağlı yayılan xəbərdə, müğənni Seyrantəpədəki yaşayış binasını satışa çıxardığı bildirilib. Eyni zamanda əməliyyatdan sonra 62 yaşlı sənətçinin səsiylə əlaqədar yaşadığı problemlərə görə albom, səhnə və TV layihələrini həyata keçirə bilmədiyi və  ABŞ-da yeni əməliyyata hazırlaşdığı deyilir. Bahalı olan əməliyyat üçün isə müğənninin Bodrum və Quşadasındakı otellərini də satışa çıxardığı qeyd olunub.