İnam Kərimov: “Biz vətəndaşın gözləntilərinə uyğun xidmətləri təqdim etməliyik”

Rəqəmsallaşma hər bir insanın həyatının tərkib hissəsidir.

XALQ.AZ xəbər verir ki, bunu Ali məhkəmənin sədri İnam Kərimov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu gün dövlət xidmətlərinin vətəndaşların istəyinə uyğun təşkil edilməsi cəmiyyətin tələbinə çevrilməkdədir.

“Vətəndaş məmnunluğu əsas şərtlərdən biridir. Biz vətəndaşın gözləntilərinə uyğun xidmətləri təqdim etdikdə vətəndaş məmnunluğu təmin olunur. Öz işlərimizi də bu istiqamətdə qurmalıyıq”.