İnam Kərimov vətəndaşlarla görüşdü

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 23-də Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şəki şəhərində vətəndaşları qəbul edib. Şuranın mətbuat xidmətindən XALQ..AZ bildiriblər ki, Şəki Məhkəmə Kompleksində keçirilən qəbulda vətəndaşlar dinlənilib, məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə izahlar verilib, digər müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində İnam Kərimov yerli məhkəmə orqanlarının iş şəraiti ilə tanış olub, hakimlərlə görüş keçirib. Görüşdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar diqqətə çatdırılıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.