İqbal Məmmədov: “Bəzi qüvvələr Azərbaycanın regionda söz sahibi olmasından narahatdır”

Bunu deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, artıq Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, gec-tez Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamaq məcburiyyətindədir:

“Bəzi qüvvələr var ki, Azərbaycanın günü-gündən güclənməsindən və regionda söz sahibi olmasından narahatdır. 44 günlük Vətən müharibəsi bizə dost kimi tanıdığımız ölkələrin əsil simasını göstərdi. Hətta deyərdim ki, Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi onları “şok” etdi. Ermənistan və havadarları düşünürdülər ki, hər uzun müddət onlar Qarabağ kartından rahat şəkildə istifadə edəcəklər. Lakin 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimiz Ermənistanın və onun havadarlarının bu arzusunu ürəyində qoydu. Ona görə də onlar müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşməyə çalışırlar”.

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevlə ölkəmiz bu günə kimi qarşısına qoyduğu bütün hədəflərə çatıbdır:

“Cənab prezident İlham Əliyevin ölkə başçısı seçildiyi gündən bu günə qədər hər bir sahədə, xüsusilə də ordu quruculuğu sahəsində gördüyü işlər və atdığı addımlar 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimizi təmin etdi. Bu gün hər birimiz cənab prezident İlham Əliyev kimi liderə sahib olduğumuz üçün çox şanslıyıq.

Əminəm ki, tezliklə biz Nikol Paşinyanın sülh müqaviləsini imzalaması xəbərini oxuyacağıq. Artıq Ermənistan da yaxşı anlayır ki, sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Sülh müaqaviləsindən imtina Ermənistanın dövlət kimi varlığını şübhə altına ata bilər”.