İran prezidenti seçildi

İranın dövlət başçısı Həsən Ruhani prezident seçkilərində kimin qalib gəldiyinin artıq məlum olduğunu elan edib. 

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki, Ruhani qalib şəxsi təbrik etsə də, onun kimliyini açıqlamayıb.

“Xalqın seçmiş olduğu şəxsi təbrik edirəm. Bu haqda rəsmi məlumat hələ elan olunmadığından, qanunu nəzərə alaraq rəsmi təbrikimi bir qədər təxirə salıram. Kimin kifayət qədər səs topladığı aydındır”, – deyə Ruhani vurğulayıb.

Artıq iki namizəd İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini qələbə münasibətilə təbrik edib. O, seçkilərdə 50 faizdən çox səslə liderdir.