İŞİD-ə qan udduran qadın (FOTO)

I-1

İŞİD terror qruplaşmasına qarşı vuruşan qadın hərbçi öz bacarığı və cəsarəti ilə heyrətləndirib.

XALQ.AZ-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (B.Ə.Ə.) ilk qadın hərbçi pilotu olan mayor Məryəm əl-Mənsuri İŞİD-ə qarşı həyata keçirilən hava hücumlarında yer alır.

35 yaşlı “F-16” pilotu Mənsuri 2007-ci ildə BƏƏ Hava Qüvvələri sıralarına daxil olub. Uçuş komandiri olaraq, vəzifəyə başlayan bu cəsarətli qadın, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin Raqqa, Hələb və İdlib yaxınlığındakı İŞİD mövqelərinə təşkil edilən hücumların koordinasiuyasında iştirak edir.

Qeyd edək ki, Məryəm əl-Mənsuri İŞİD silahlılarının kabusuna çevrilib. Çünki onların düşüncəsinə görə, qadın tərəfindən öldürüldükdə “şəhid” hesab edilmirlər.

I-2

I-3

I-4

 

i-5