Polisə silahlı hücum

Polis

Türkiyədə reyd keçirən polislər naməlum silahlıların hücumuna məruz qalıb.

XALQ.AZ-ın “Doğan” agentliyinə (DHA) istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkir şəhərində baş verib.

Məlumata görə, naməlum şəxslərin uzunlüləli silahlardan açdığı atəş nəticəsində 3 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bölgədə hadisəni törədən şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.