İslam uşaq baxçasına qadağa qoyuldu

Isvec

İsveçrənin Sürix şəhərində açılması planlaşdırılan 1-ci islam uşaq baxçasına qadağa qoyulub.

XALQ.AZ-ın məlumatına görə, Sürix şəhərinin alman dilli əhalisi üzrə təhsil departamenti “Al-Xuda” assosiasiyasının 4-6 yaşlı uşaqlar üçün açmaq istədiyi uşaq baxçasına lisenziya verməyib.

İsveçrə müsəlmanları icması bildirib ki, baxçanı açmaqda əsas məqsəd uşaqlara islam adət-ənənələrini aşılamaq, onlara ərəb dilini öyrətmək idi.

İcmadan alınan məlumata görə, şəhər rəhbərliyi qorxur ki, dərs proqramlarında İsveçrə mərkəzi islam şurasının fundamental baxışları yer alacaq.