Pelenin oğluna 33 il həbs

Pele

Braziliyanın məşhur futbolçusu Pelenin oğluna 33 il həbs cəzası verilib.

XALQ.AZ-ın məlumatına görə, Brazliyanın “Santos” klubunun keçmiş qapıçısı Edson Çolbi Nasimentu narkotik alverinə görə həbsxanaya salınıb.

Yerli mətbuatın bildirdiyinə görə, 44 yaşlı Nasimentunun bu qərara qarşı çıxması üçün məhkəməyə vermək hüququ özündə saxlanılır.

Qeyd edək ki, onun atası Pele dünya üzrə bir nömrəli futbolçu hesab edilir.