İstanbul Boğazı yenə qana boyandı

88

 

Kəsilən qurbanlıq heyvanların qanları dənizə axıdıldı

 

İstanbul Boğazında her il Qurban bayramında yaşanan mənzərə təkrarlanıb. ANS PRESS-in Türkiyə mediasına istinadən xəbərinə görə, kəsilən qurbanlıq heyvanların qanları kanallarla İstanbulun Beylerbeyi deyilən yerdən “boğaz”‘a axıb. Gəzintidə olan insanlar gördükləri mənzərədən vahimələnib.

Qeyd edək ki, İstanbulda 15 milyondan çox insan yaşayır. Qurban bayramında şəhərdə yüz minlərlə heyvan kəsilir.