Şəmkirdə dəhşətli avtoqəza

 

44

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeniyol kəndi ərazisində qeydə alınıb. Şəmkir rayon Qaracəmilli kənd sakini, 14 yaşlı Ruslan Talıbov atasına məxsus “Mercedes” markalı avtomobili sürərkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. Daha sonra avtomobil yanmağa başlayıb. Qəza yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib və yanan avtomobil söndürülüb. Hadisə zamanı avtomobildə olan 12 yaşlı Şəmmədli Nurlan ölüb. Sürücü də daxil olmaqla digər üç azyaşlı müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəyə səbəb avtombobilin yüksək sürətlə idarə edilməsi olub. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.