İstanbulda və Moskvada Heydər Əliyev anılacaq

75

 

Milli Məclisin deputatı Elmira Axundova və parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirak etmək üçün dekabrın 9-dan 12-dək bu şəhərdə səfərdə olacaqlar.

Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə Moskvada keçiriləcək anma mərasimləri çərçivəsində Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və epoxa” kitabının təqdimatı da olacaq.

Eldar İbrahimov isə Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar İstanbulda keçiriləcək tədbirlərdə iştirak etmək üçün dekabrın 11-dən 14-dək bu şəhərdə səfərdə olacaq.

Azərbaycanın İstanbuldakı konsulluğunun təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə Eldar İbrahimov Heydər Əliyevlə bağlı xatirələrini danışacaq, dahi şəxsiyyətin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə fikirlərini bölüşəcək.