İt əti yemə festivalı

it

Çində it əti yemə festivalı keçiriləcək.

XALQ.AZ-ın məlumatına görə, hər il 21 iyun tarixi ölkənin bəzi bölgələrində it əti yemə günü kimi qeyd olunur.

Artıq it əti yemə festivali üçün görülən bütün hazırlıqlar tamamlanıb. Heyvan haqlarının müdafiəsi təşkilatlarının etirazına baxmayaraq it yemə festivalının Çinin bəzi regionlarında 600 ilə yaxındır ki qeyd olunduğu bildirilir.

Festival yay ayının gəlişinin birinci günü qeyd olunacaq. Artıq ölkənin Yulin kəndinin küçələrində olan bütün itlər tutulub və bayrama hazır vəziyyətdə saxlanılır.