İt ölən sahibinin məzarında illərdir keşik çəkir (FOTO)

It

İtlərin insanın ən vafalı dördayaqlı dostu olduğunun kifayət qədər sübutunu görmüşük və eşitmişik. Buna daha bir bariz nümunəni sizə təqdim edirik.

Argentinada “Kapitan” ləqəbli it 8 ildir sahibinin məzarının yanında keşik çəkir. Xalq.az-ın məlumatına görə, bu maraqlı hadisə Migel Qusman adlı şəxsin 2005-ci ildə həmin iti alaraq oğluna hədiyyə etməsindən sonra başlayıb.

Qusman 2006-cı ildə öldükdən sonra it evdən qaçıb. “Kapitan”ı müəyyən müddətdən sonra Qusmanın məzarının yanında aşkar edənlər xeyli təəccübləniblər. Çünki it sahibinın məzarını sırf daxili instinkt hesabına tapa bilib. İt səhər saatlarında çöldə dolaşsa da, gecə vaxtları məzarın yanından ayrılmır.

It