Jalə Əliyeva şəhid övladını belə əzizlədi-Fotolar

Millət vəkili Jalə Əliyeva Vətən Müharibəsi şəhidi Ağaqardaş Abbasovun ailəsini ziyarət edib. 

XALQ.AZ xəbər verir ki, deputat Jalə Əliyeva Şəhid Ağaqardaş Abbasovun Zərdab rayonu Hüseynxanlı kəndində yerləşən evini ziyarət edib, ailənin problemlərini dinləyib. 

Şəhidin atası İlham Abbasovu dinləyən millət vəkili, bəzi problemlərin həlli üçün müvafiq qurumlarla yerindəcə əlaqə saxlayıb. 

Milli Məclisin deputatı Jalə Əliyeva şəhid Ağaqardaş Abbasovun yeni dünyaya gəlmiş qızı İlknura hədiyyəsini təqdim edib.

Qeyd edək ki, bir müddət öncə Şəhid Ağaqardaş Abbasovun İlknur adlı qız övladı dünyaya gəlib.