Jirinovski Şəhidlər Xiyabanında olub

Jirnovski-1

Azərbaycanda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Şəhidlər Xiyabanını ziyarət edib.

XALQ.AZ-ın məlumatına görə, Bakıda rəsmi səfərdə olan Jirinovski şəhidlərimizin məzarlarına baş çəkib.

Daha sonra Bakını seyr edən RLDP sədri Xəzər dənizi fonunda şəkil də çəkdirib.

Paytaxtımızı seyr edən Jirinovski ətrafındakılardan Bakı ilə bağlı məlumatlar öyrənib.

Qeyd edək ki, bundan əvvəl RLDP sədri Fəxri Xiyabanda olub. Ötən gün isə onu Azərbaycanın dövlət başçısı İlham Əliyev qəbul edib.