Bakıda “bomj” qadın öldü

Bomj

Bu gecə Bakının Suraxanı rayonunda “bomj” qadın ölüb. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə axşam saatlarında baş verib.

Rayon sakinləri 45 yaşında olan, şəxsiyyəti bilinməyən bir qadının iniltisini eşidiblər. Sakinlər polisə və təcili yardıma məlumat veriblər. Qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Qadının üstündən heç bir sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.