Jurnalistlər binasında bədbəxt hadisə-3 yaşlı uşaq 16 mərtəbədən yıxılaraq öldü

Bakının Səbail rayonunda Jurnalistlər binasında bədbəxt hadisə baş verib.XALQ.AZ xəbər verir ki, iyunun 8-də saat 19.00 radələrində azyaşlı uşaq 16 mərtəbədən yıxılaraq ölüb.Hadisə yerində polis araşdırmaya başlayıb. Məlumata görə ölən uşaq anası ilə birgə qonaq olublar.

****

Səbail rayon prokurorluğu bu gün 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib,əlavə məlumat veriləcək.