Jurnalistlər maskasız Milli Məclisə buraxılmır

Bu gün Milli Məclisin plenar iclası ilə əlaqədar parlamentə gələn jurnalistlər mütləq tibbi maska taxmalıdır.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd edilib ki, jurnalistlər plenar iclasda iştirak edərkən mütləq tibbi maskadan istifadə etməlidirlər.