Tanınmış jurnalist deputat köməkçisi təyin olundu

Deputat Sultan Məmmədova yeni köməkçi təyin olunub.

XALQ.AZ-ın məlumatına görə, bu, tanınmış jurnalist Elşad Miraləmdir.

Qeyd edək ki, E.Miraləm bu təyinatadək SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin media ilə əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb.

Daha əvvəl CBC telekanalının Azərbaycan redaksiyasının baş redaktoru, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin rəhbəri olub.