Jurnalistlər üçün treninqlər keçiriəcək

“Jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisas artırmasına xüsusi diqqət ayrılacaq”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov qeyd edib ki, bu məqsədlə xarici ölkələrdən mütəxəssislərin cəlb edilməsi və təlimlərim keçirilməsi nəzərdə tutulur.

Direktorun sözlərinə görə, Agentlik mətbuat orqanlarının nüfuzunun qaldırılmasına, biznes subyektinə çevrilməsinə yardım edəcək.