“Jurnalistlərimizin silahla hədələnməsi birbaşa cinayət əməlidir” – Jalə Əliyeva

Söz və fikir azadlığının carçılarından biri olan və özünü demokratiyanın beşiyi adlandıran  Fransada  bizim jurnalistlərimizə hücum edilib. Hücum zamanı AzTV əməkdaşlarına bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının sındırılması, ən əsası da kameranı geri tələb edərkən jurnalistlərimizin silahla hədələnməsi birbaşa cinayət əməlidir və bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır.