Kəlbəcərdə təlsil rəzaləti

Attestat

Prosesə rayon Təhsil Şöbəsinin metodisti Xəqani İbrahimovun başçılıq etdiyi deyilir 

Bir neçə gün əvvəl Masallı Təhsil Şöbəsində attestat alveri getdiyi və bu işə şöbənin müdiri Astan İbişovun başçılıq etdiyinə dair məlumat vermişdik.

Xalq.az xəbər verir ki, bu barədə Jam.az-a daxil olan məlumatda qeyd olunurdu ki, keçmiş tarixə sənədləşdirilən attestatlara görə, təhsil şöbəsinin müdiri 300 manat pul alır.

Dünən isə oxucularımızdan biri yazıb ki, analoji proses hal hazırda Kəlbəcər Təhsil Şöbəsində də yaşanır. Onun sözlərinə görə, rayon Təhsil Şöbəsinin metodisti Xəqani İbrahimov tərəfindən attestat satılmasına kimsə müdaxilə edə bilmir. Üstəlik, sözügedən şəxsin bunu açıq şəkildə həyata keçirdiyi vurğulanır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.